Zəngəzur dəhlizi Bakı-Tbilisi-Qars dəmir yolunun yükdaşıma qabiliyyətinin artırılmasına imkan verəcək - Nazir
Zəngəzur dəhlizinin açılması Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin yükdaşıma qabiliyyətinin artırılmasına imkan verəcək.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.
Nazir qeyd edib ki, Zəngəzur dəhlizi İran ərazisindən də keçə bilər.
A.Uraloğlu əlavə edib ki, Türkiyə tərəfi Naxçıvanla Qars arasında 224 km uzunluğunda dəmir yolu xəttinin tikintisini başa çatdırıb.
Paylaş:
Tam mətni oxu →