Tam versiya
Ana səhifə XƏBƏRLƏR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın yeni tərkibinin formalaşdırılması elan edildi - RƏSMİ
XƏBƏRLƏR

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın yeni tərkibinin formalaşdırılması elan edildi - RƏSMİ


Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın yeni tərkibinin formalaşdırılması elan edilib.

Ekologiya.az bildirir ki, İctimai Şuraya seçkilərin təşkili ilə əlaqədar vətəndaş cəmiyyəti institutları 1 (bir) nəfər şəxsin namizədliyinin irəli sürülməsi məqsədilə ərizəni (namizədin yaşayış ünvanı və elekton poçt ünvanı göstərilməklə) 13.12.2023-cü il tarixinədək aşağıda göstərilən sənədlərlə 
birlikdə pr@eco.gov.az ünvanına və ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (Bakı şəhəri, K.Kazımzadə küç., 100 A) poçt vasitəsilə
 təqdim edə bilərlər:

Namizədin şəxsiyyət vəsiqəsinin surəti;
Namizədin tərcümeyi-halı;
Namizədin vətəndaş cəmiyyəti institutunun üzvü olması barədə təsdiqedici sənədin surəti;
Namizədin müvafiq sahədə təcrübəyə və ya biliyə malik olmasını təsdiq edən sənədin (sənədlərin) surəti;
Vətəndaş cəmiyyəti institutu tərəfindən ərizəyə namizəd barədə geniş məlumat verən digər sənədlər əlavə oluna bilər.

Bundan əlavə namizəd irəli sürüb-sürməməsindən asılı olmayaraq bütün vətəndaş cəmiyyəti institutları seçkinin keçirilməsi məqsədilə təşkil ediləcək ümumi yığıncaqda iştirak etməsi üçün təmsilçisinin  məlumatlarını təqdim edə bilərlər.
Paylaş:
Tam mətni oxu →