Tam versiya
Ana səhifə XƏBƏRLƏR Acınohur düzünə növbəti dəfə ceyranlar buraxılıb - FOTO
XƏBƏRLƏR

Acınohur düzünə növbəti dəfə ceyranlar buraxılıb - FOTO


Acınohur düzünə 8 baş ceyran buraxılıb.

"Report"un Şimal-Qərb bürosu xəbər verir ki, ceyranların mühafizəsi, tarixi areallarının bərpası, reintroduksiyası, populyasiyalarının formalaşmasına töhfə verilməsi məqsədilə növbəti dəfə Acınohur düzünün Qax Dövlət Təbiət Yasaqlığına aid ərazisinə ceyranların buraxılması həyata keçirilib.

Tədbirdə Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF), Qax rayon İcra Hakimiyyətinin nümayəndələri, ETSN yanında İctimai Şuranın üzvləri və ekokönüllülər iştirak ediblər.


Paylaş:
Tam mətni oxu →