Tam versiya
Ana səhifə XƏBƏRLƏR ETSN yanında İctimai Şuranın üzvlüyünə seçkilərlə bağlı elan verildi - RƏSMİ
XƏBƏRLƏR

ETSN yanında İctimai Şuranın üzvlüyünə seçkilərlə bağlı elan verildi - RƏSMİ


Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın formalaşdırılmasına dair elan verilib.

Ekologiya.az-a bildirir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İctimai Şuraya seçkilərin təşkili ilə əlaqədar vətəndaş cəmiyyəti institutları 1 nəfər şəxsin namizədliyinin irəli sürülməsi məqsədilə ərizəni (namizədin yaşayış ünvanı və elektron poçt ünvanı göstərilməklə) 13.12.2023-cü il tarixinədək aşağıda göstərilən sənədlərlə birlikdə pr@eco.gov.az ünvanına və ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (Bakı şəhəri, K.Kazımzadə küç., 100 A) poçt vasitəsilə təqdim edə bilərlər:

1.Namizədin şəxsiyyət vəsiqəsinin surəti;
2.Namizədin tərcümeyi-halı;
3.Namizədin vətəndaş cəmiyyəti institutunun üzvü olması barədə təsdiqedici sənədin surəti;
4.Namizədin müvafiq sahədə təcrübəyə və ya biliyə malik olmasını təsdiq edən sənədin (sənədlərin) surəti;
5.Vətəndaş cəmiyyəti institutu tərəfindən namizəd barədə geniş məlumat verən digər sənədlər ərizəyə əlavə oluna bilər.

Bundan əlavə, namizəd irəli sürüb-sürməməsindən asılı olmayaraq bütün vətəndaş cəmiyyəti institutları seçkinin keçirilməsi məqsədilə təşkil ediləcək ümumi yığıncaqda iştirak etməsi üçün təmsilçisinin məlumatlarını təqdim edə bilərlər.
Paylaş:
Tam mətni oxu →