Tam versiya
Ana səhifə XƏBƏRLƏR Mikroavtobus kafeyə çırpılıb, xəsarət alanlar var
XƏBƏRLƏR

Mikroavtobus kafeyə çırpılıb, xəsarət alanlar var


Mingəçevir şəhərində mikroavtobus kafeyə çırpılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, mikroavtobusun kafeyə çırpılması nəticəsində, avtomobildə olan - 1961-ci il təvəllüdlü B.Kərimzadə xəsarət alıb. Onu avtomobildən çıxarmağa çalışan 1999-cu il təvəllüdlü T.Hacıyevin isə ayağını şüşə kəsib.

Hər iki zərərçəkən xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Tam mətni oxu →