Nazirliyin əməkdaşları, ekokönüllülər və ADA Universitetinin müəllim, tələbə heyəti Müşfiqabadda ağacəkmə aksiyası keçirilib/FOTO
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar növbəti ağacəkmə aksiyası keçirilib.
Ekologiya.az-ın xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, ekokönüllülər, ADA Universitetinin müəllim və tələbə heyətinin iştirakı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib, Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və sərv ağacları əkilib.
Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğı ənənələrini formalaşdırmaqdır.
Paylaş:
Tam mətni oxu →