Tam versiya
Ana səhifə XƏBƏRLƏR DİN: Qanunsuz odlu silahlar təhvil götürülüb
XƏBƏRLƏR

DİN: Qanunsuz odlu silahlar təhvil götürülüb


Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər.


Daxili İşlər Nazirliyinin (DİM) mətbuat xidmətindən Ekologiya.az-a verilən məlumata görə, aprelin 15-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 5 tüfəng və 28 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir.

Aprelin 15-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 ədəd müxtəlif markalı tüfəng aşkar edilərək götürülüb.

Paylaş:
Tam mətni oxu →