DİN: Ötən gün 5 ov tüfəngi təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ekologiya.az-a verilən məlumata görə, aprelin 18-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 tüfəng və 4 patron təhvil götürüblər.
Həmin gün həyata keçirilən digər əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 1 tapança, 1 tüfəng, 1 patron darağı və 6 patron aşkarlanıb.
Paylaş:
Tam mətni oxu →