Ana səhifə›
XƏBƏRLƏR
›
Oğuzun kəndlərinə dolu düşüb -FOTO
XƏBƏRLƏR
Oğuzun kəndlərinə dolu düşüb -FOTO
Ekologiya
AMP
Oğuzun bir neçə kəndinə dolu düşüb.APA-nın Şimal-qərb bürosunun məlumatına görə, bu gün saat 16 radələrində Oğuz rayonu ərazisində qeyri-sabit hava şəraiti hökm sürüb. Qeyri-sabit hava şəraiti daha çox rayonun dağətəyi ərazilərində özünü göstərib. Xaçmaz, Filfilli, Ərmənət və Baş Daşağıl kəndlərinə 8-10 dəqiqə ərzində dolu düşüb. Dolu şəxsi təsərrüfatlara, əkin sahələrinə və ağaclara ziyan vurub. Dolunun bir neçə avtomobili də zədələdiyi bildirilir.