Ana səhifə›
XƏBƏRLƏR
›
Sabah Bakıda 31, rayonlarda 32 dərəcə isti olacaq
XƏBƏRLƏR
Sabah Bakıda 31, rayonlarda 32 dərəcə isti olacaq
Ekologiya
AMP
Aprelin 28-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.Bu barədə Ekologiya.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 30-40 % olacaq.Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturu gecə 12-17° isti, gündüz 27-32° isti, dağlarda gecə 7-12° isti, gündüz 18-23° isti olacaq.