Fermerlərin uşaqlarının Kəlbəcərə gedişinə icazə veriləcək?
Bu barədə açıqlamasında Əziz Qənbərli bildirib ki, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri cənab Məcnun müəllimin qəbulunda olub. Qəbul zamanı qaldırdığı əsas məsələlərdən biri də fermerlərin övladlarının onlarla birlikdə yaylağa köç etməsinə yaradılmış maneə ilə bağlı olub: “Bununla bağlı cənab nazirlə ortaq fikrimiz ondan ibarətdir ki, hər bir vətəndaşın təhlükəsizliyi, xüsusi ilə uşaqların təhlükəsizliyi çox önəmlidir. Mən də fermerlərimizdən xahiş edirəm ki, bu məsələnin necə bir həssas məsələ olduğunu anlayışla qarşılasınlar. Yəni bu məsələdə elə bir qərar qəbul edilməlidir ki, dövlətimizin qurumları səhəri haqsız ittihamlarla qarşılaşmasın. Dövlət də bizimdir, onun qurumu da, uşaqlarımız da”.
Paylaş:
Tam mətni oxu →