Tam versiya
Ana səhifə XƏBƏRLƏR Son Dəqiqə: Nazir bu şəxsləri rəis təyin etdi - ADLAR
XƏBƏRLƏR

Son Dəqiqə: Nazir bu şəxsləri rəis təyin etdi - ADLAR


Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev əmr imzalayıb.

 Ekologiya.az-ın xəbərinə görə, Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinə yeni rəhbərlər təyin olunub.

Əmrə əsasən 8 saylı RETSİ-nin rəisi Asif Məcidov vəzifəsindən azad edilərək 4 saylı RETSİ-nın rəisi təyin edilib. 7 saylı RETSİ-nin rəisi Akif Məımmədov   vəzifəsindən azad edilərək, 8 saylı RETSİ-nin rəisi vəzifəsinə təyinat alıb. Bununla yanaşı nazirin digər əmri ilə 7 saylı RETSİ-nin rəisi vəzifəsinə isə Anar Süleymanov təyin olunub.

ETSN-nin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Ekologya.az-a məlumatı təstiqləyib.

Bildirilib ki, Anar Süleymanov bu təyinata qədər 9  saylı RETSİ-nin sektor müdiri vəzifəsində çalışıb.





Paylaş:
Tam mətni oxu →