Tam versiya
Ana səhifə XƏBƏRLƏR ETSN-nin mətbuat katibi: Hidrometeoroloji şəbəkənin 50 faizi modernləşdirilib
XƏBƏRLƏR

ETSN-nin mətbuat katibi: Hidrometeoroloji şəbəkənin 50 faizi modernləşdirilib


Azərbaycanda bir neçə ildir ki, intensiv surətdə hidrometeoroloji şəbəkənin modernləşdirilməsi işləri aparılır və artıq ölkəmizdə hidrometeoroloji şəbəkənin 50 faizi modernləşdirilərək ən müasir avadanlıqlarla təmin edilib, avtomatlaşdırılmış sistemə keçirilib.

Ekologiya.az-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bu gün keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, hidrometeoroloji xəbərdarlıq, proqnoz məlumatlarının əhaliyə daha operativ çatdırılmasını təmin etmək məqsədilə meteo.az mobil tətbiqinin istifadəyə verilməsi nəzərdə tutulur.

Paylaş:
Tam mətni oxu →