Tam versiya
Ana səhifə XƏBƏRLƏR COP29-un prezidenti Pakistanda COMSATS-in baş qərargahında olub
XƏBƏRLƏR

COP29-un prezidenti Pakistanda COMSATS-in baş qərargahında olub


Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev Pakistana səfəri çərçivəsində Cənubda Dayanıqlı İnkişaf üçün Elm və Texnologiya Komissiyasının (COMSATS) paytaxt İslamabaddakı baş qərargahında olub.

Ekologiya.az xəbər verir ki, Muxtar Babayev COMSATS-ın icraçı direktoru Məhəmməd Nafis Zakariya və digər rəsmi şəxslərlə görüşüb. Pakistan Baş nazirinin İqlim Dəyişikliyi və Ətraf Mühitin Koordinasiyası üzrə koordinatoru Romina Xurşid Alamın da iştirak etdiyi tədbirdə nazir Muxtar Babayev ağac əkib. Burada COP29, o cümlədən davamlı inkişaf, iqlim dəyişikliyi mövzularında müzakirələr aparılıb.

Muxtar Babayev Pakistanın Milli Fəlakətlərin İdarə Edilməsi Təşkilatının nümayəndələri ilə də iqlim dəyişikliyinin nəticələrini müzakirə edib.

Paylaş:
Tam mətni oxu →