FHN: İntensiv yağışlar səbəbindən Kürdəmir və Saatlıda bu ərazilər subasmaya məruz qalıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Kürdəmir və Saatlı şəhərlərində bəzi ərazilərin subasmaya məruz qalması ilə bağlı məlumatlar daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bununla əlaqədar ərazilərə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Görülən tədbirlər nəticəsində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.
Paylaş:
Tam mətni oxu →