Cəlilabad Polis idarəsi əməkdaşları Ulu öndər Heydər Əliyevin 100 illiyi ilə bağlıağacəkmə aksiyası keçirilib/FOTO
Polislər Ulu öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı ağac əkdilər.
Ekologiya.az-ın xəbərinə görə,Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı ağacəkmə aksiyası keçirilib.
DİN Mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, rayon ərazisində baş tutan kampaniyada RPŞ-nin rəisi, polis polkovniki Polad Qarayev, polis əməkdaşları və rayonun digər hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər Ərazidə abadlıq və təmizləmə işləri aparıldıqdan sonra polis əməkdaşları ağac tinglərini əkib, onların suvarılmasını təmin ediblər. Ağacların küləkdən qorunması üçün qoruyucu dirəklər basdırıblar.
Ərazinin nəzarətdə saxlanılması, əkilmiş ağaclara mütəmadi qulluq göstərilməsi üçün müvafiq tədbirlər bundan sonra davam etdiriləcək.
Vasif
Paylaş:
Tam mətni oxu →