Tam versiya
Ana səhifə XƏBƏRLƏR Bakı ilə İrəvan arasında sülh müqaviləsinin region üçün müsbət nəticələri olacaq - Hakan Fidan
XƏBƏRLƏR

Bakı ilə İrəvan arasında sülh müqaviləsinin region üçün müsbət nəticələri olacaq - Hakan Fidan


Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması bütün region üçün müsbət nəticələnəcək.

Ekologiya.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkdilli Ölkələrin Parlament Assambleyasının iclasında çıxışında deyib.

Azərbaycanın torpaqlarını 30 illik erməni işğalından azad edərək Cənubi Qafqazda davamlı sülhə yol açmasından çox məmnun olduqlarını bildirən Fidan Ermənistanın işğal edilmiş 4 kəndin Azərbaycana qaytarmasının, eləcə də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan mayın 11-də Qazaxıstanın Almatı şəhərində keçirilən görüşünün müsbət hal olduğunu qeyd edib.

"Azərbaycanla Ermənistan arasında yekun sülh sazişi imzalanacağı təqdirdə bu, təkcə iki ölkə üçün deyil, bütün region üçün müsbət nəticələnəcək", - o deyib.

Paylaş:
Tam mətni oxu →