Tam versiya
Ana səhifə XƏBƏRLƏR “Xəzər Garden” ictimai-iaşə obyektindən gələn səs-küylə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırıldı - RƏSMİ AÇIQLAMA
XƏBƏRLƏR

“Xəzər Garden” ictimai-iaşə obyektindən gələn səs-küylə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırıldı - RƏSMİ AÇIQLAMA


Bakı şəhəri, Xətai rayonu, Vunqtau küçəsi 18 b ünvanında yerləşən “Xəzər Garden” ictimai-iaşə obyektindən gələn səs-küylə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən yerində araşdırılıb.

Ekologiya.az bildirir ki, xidmət rəsmisi Qafar Ağayev bildirib ki, ərazidə aparılan ölçmə işlərinin nəticəsinə görə, “Xəzər Garden”  iaşə obyektindən ətrafa yayılan səs-küy səviyyəsinin normadan  artıq olduğu müəyyən edilib.


“Faktla bağlı obyektin səlahiyyətli nümayəndəsi Rasim Bağırov barəsində protokol tərtib olunub və nöqsanların aradan qaldırılması məqsədilə ona icrası məcburi olan məcburi göstəriş verilib”.
Paylaş:
Tam mətni oxu →