Tam versiya
Ana səhifə XƏBƏRLƏR “Azəryaşlandşaft” auditor seçir
XƏBƏRLƏR

“Azəryaşlandşaft” auditor seçir


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC (“Azəryaşlandşaft” ASC) 2023-cü il maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib.

“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 19 manatdır.

İddiaçılar təkliflərini iyunun 13-nə qədər səhmdar cəmiyyətinin yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, 61 ünvanına təqdim edə bilərlər.

Təkliflərə iyunun 13-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq.

Paylaş:
Tam mətni oxu →