Tam versiya
Ana səhifə XƏBƏRLƏR Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq
XƏBƏRLƏR

Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq


M2 Bakı-Ələ­t-Qazax-Gürcüstan Re­spublikası ilə dövlət sərhədi avtomobil yolunun 266.6-cı km-də yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq 3 iyun saat 10:00-dan 18:00-dək qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.

Ekologiya.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.


Sürücülərdən qeyd olunan saatlarda sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunub.



Paylaş:
Tam mətni oxu →