Ana səhifə›
XƏBƏRLƏR
›
Göygölə güclü yağışdan sonra dolu düşüb
XƏBƏRLƏR
Göygölə güclü yağışdan sonra dolu düşüb
Ekologiya
AMP
Qeyri-sabit hava şəraiti nəticəsində Göygöl rayonuna dolu düşüb.APA-nın yerli bürosunun məlumatına görə, bu gün axşam saatlarında güclü yağışdan sonra rayonun Aşıqlı kəndinə və ucqar kəndlərə dolu yağıb.5-10 dəqiqə yağan dolu daha sonra leysan xarakterli yağışa çevrilib. Bundan başqa dolu Gəncənin Hacıkənd qəsəbəsində yağıb.Qeyd edək ki, hazırda ölkənin qərb bölgəsində yağışlı hava şəraiti davam edir.