Ana səhifə›
XƏBƏRLƏR
›
Yerdə bu tarixlərdə güclü geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ
XƏBƏRLƏR
Yerdə bu tarixlərdə güclü geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ
Ekologiya
AMP
Mayın 29-da Günəşdə baş verən tac kütləsi atılması səbəbindən Yerdə maqnit sahəsində pozğunluq başlayıb.Bu barədə TASS Tətbiqi Geofizika İnstitutunun Heliogeofizika Xidmətinin məlumatlarına istinadən məlumat yayıb.Alimlərin fikrincə, mayın 30-u gününün sonunda maqnit sahəsində pozuntu qeydə alınıb. Kosmik havanın monitorinqi məlumatlarına əsaslanaraq mütəxəssislər bildiriblər ki, Yerin maqnit sahəsində pozulma dərəcəsi hələ zəif hesab edilən G1 səviyyəsinə belə çatmayıb.Mütəxəssislər mayın 31-dən iyunun 1-dək Yer kürəsində maqnit qasırğasının baş verə biləcəyini, gücün G1-in zəif gücün göstəricisi, G5-in isə ekstremal hesab edildiyi şkala üzrə G3 səviyyəsinə çatacağını proqnozlaşdırırlar.Daha əvvəl bildirilmişdi ki, mayın 27-də Günəşdə ən yüksək güc sinfi X olan partlayış baş verib. Bu, 36 dəqiqə davam edib və qısa dalğalı radio rabitəsini kəsib.\BAKU.WS