Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları bu rayonlarda yaşıllıqların qanunsuz götürülməsi faktları aşkarladı
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Sumqayıt şəhəri, Zaqatala və Samux rayonları ərazisində yaşıllıqların qanunsuz götürülməsi faktları aşkar olunub.
Ekologiya.az-ın xəbərinə görə araşdırma zamanı qanun pozucularının Sumqayıt şəhər sakini Elşən Salamzadə, Zaqatala rayonu Muxax kənd sakini Yusif Qəniyev, Samux rayonu Seyidlər kənd sakini Əsəd Əsədov olduğu müəyyən edilib.