Tam versiya
Ana səhifə XƏBƏRLƏR Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları "AAPLUSA" MMC-nin icraçı direktoruna protokol tərtib edib və qanunamüvafiq tədbir görüb
XƏBƏRLƏR

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları "AAPLUSA" MMC-nin icraçı direktoruna protokol tərtib edib və qanunamüvafiq tədbir görüb


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Şamaxı və Quba rayonları ərazisində çınqıl-qum qarışığının qanunsuz daşınması faktları aşkar olunub.


Araşdırma zamanı Pirsaatçay çayının Şamaxı rayonu ərazisindən keçən hissəsində Şamaxı rayonu Həmyəli kənd sakini Şəhriyar Azayev Məhəmmədağa, Vəlvələçay çayının Quba rayonu ərazisindən keçən hissəsində isə "AAPLUSA" MMC tərəfindən çınqıl-qum qarışığının qanunsuz daşındığı müəyyən edilib.


Faktlarla bağlı vətəndaş Şəhriyar Azayev barəsində fiziki şəxs, "AAPLUSA" MMC-nin icraçı direktoru Aydın Məmmədov barəsində isə hüquqi şəxs qismində barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.
Paylaş:
Tam mətni oxu →