Tam versiya
Ana səhifə XƏBƏRLƏR Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib
XƏBƏRLƏR

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib


İyunun 8-də ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Ekologiya.az-a verilən məlumatına görə,  Bakıda və Abşeron yarımadasında, eyni zamanda Şərur, Şahbuz, Culfa, Ordubad, Cəlilabad, Salyan,  Mingəçevir, Neftçala, Biləsuvar, Hacıqabul, Goranboyda sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir 13.9-20.7 m/san təşkil edəcək. 


Sarı xəbərdarlığa uyğun olaraq ictimai təhlükəsizlik, yaşayış sahələri və əmlak üçün orta risk gözlənilir.
Küləkli hava şəraiti Bakıda və Abşeron yarımadasında iyunun 8-i günün birinci yarısında, bölgələrdə isə gün ərzində fasilələrlə davam edəcək.
Paylaş:
Tam mətni oxu →