Naxçıvanda yabanı halda bitən narkotik tərkibli bitkilər polisin keçirdiyi “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində aşkarlanıb.


Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ekologiya.az-a verilən məlumata görə, ümumi çəkisi 14 tona yaxın olan 522447 ədəd çətənə kolu yandırılaraq məhv edilib.


Faktla bağlı araşdırmalar davam etdirilir.

Ekologiya.az