Tam versiya
Ana səhifə XƏBƏRLƏR Dövlət Ekoloji Təhlükəsizlik Xidməti “İnvest.M Construction MMC”nin yaşayış binaları inşa etdiyi ərazidə ağac kəsilməsi faktı aşkarladı
XƏBƏRLƏR

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti “İnvest.M Construction MMC”nin yaşayış binaları inşa etdiyi ərazidə ağac kəsilməsi faktı aşkarladı


Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən aparılan nəzarət tədbirləri zamanı Nəsimi rayonu Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafabəy Topçubaşov küçələrinin kəsişməsində  “İnvest.M Construction MMC”nin çoxmərtəbəli yaşayış binaları inşa etdiyi ərazidə ağac kəsilməsi faktı aşkar edilib.


Ekologiya.az bildirir ki, araşdırma zamanı “İnvest.M Construction MMC” tərəfindən aparılan tikinti işləri nəticəsində sözügedən ərazidə köküstə yaş, bioloji inkişafda olan müxtəlif cinsli 6 ağacın qanunsuz kəsildiyi müəyyən olunub.


Faktla bağlı akt tərtib edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır.
Paylaş:
Tam mətni oxu →