• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Su ehtiyatlarından səmərəli istifadə ilə bağlı məlumatlandırma və maarifləndirmə tədbiri keçirilib

    14

    iyn

    Su ehtiyatlarından səmərəli istifadə ilə bağlı məlumatlandırma və maarifləndirmə tədbiri keçirilib

    Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrinin yaradılması və həmin mənbələrdən istifadənin genişləndirilməsi məqsədilə növbəti maarifləndirici görüşlər keçirilib
    “Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrinin yaradılması və həmin mənbələrdən istifadənin genişləndirilməsi” mövzusunda keçirilən maarifləndirmə tədbirləri davam edir. 
    Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aidiyyəti mərkəzi və yerli icra hakimiyyətləri nümayəndələri ilə birgə rayon ictimaiyyətinin, bələdiyyə nümayəndələrinin, Sudan İstifadəedənlər Birliklərinin, fermerlərin və digər maraqlı tərəflərin iştirakı ilə su ehtiyatlarından səmərəli istifadə ilə bağlı məlumatlandırma və maarifləndirmə tədbirləri çərçivəsində Kürdəmir, Ucar, Göyçay, Yevlax, Ağdaş və Zərdab rayonlarında görüşlər keçirilib.
    Görüşlər zamanı şəhər və rayonlarda su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi sahəsində görülən işlər barədə ictimaiyyət məlumatlandırılıb, sudan qənaətli və səmərəli istifadə, habelə mütərəqqi suvarma texnologiyaların tətbiqi, suvarma qrafikləri üzrə növbəliyə riayət olunması və bir sıra digər vacib məsələlər barədə su istehlakçılarının və kənd təsərrüfatı məhsulları istehsalçılarının maarifləndirilməsi həyata keçirilib.
    Tədbirlərdə iştirakçılar tərəfindən verilən suallar ətraflı cavablandırılıb və mövcud problemlər, onların aradan qaldırılması ilə bağlı təkliflər müzakirə edilib. Ekologiya.az

    Tarix : 14-06-2024, 14:32 | Oxunub: 3 336