• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Azərbaycana yay fəsli gəldi

    21

    iyn

    Azərbaycana yay fəsli gəldi

    Yay fəsli (yay Günəş duruşu) Azərbaycana iyunun 21-i saat 00:50:56-da daxil olub.

    Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından AZƏRTAC-a verilən məlumata görə, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (Bakı üçün 73⁰.1) olur. Həmin gün ən uzun gündüz və ən qısa gecə yaşanır: gündüzün uzunluğu 15 saat 3 dəqiqə 23 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 37 saniyə olur. Günəşə qədər məsafə 152.025 milyon kilometr təşkil edir. On dörd gündən sonra isə - iyulun 5-i saat 09:06-da Yer orbitinin Günəşdən ən uzaq nöqtəsində - afelidə, Günəşə qədər məsafə isə 152.1 milyon kilometr olacaq.

    Yay fəslinin uzunluğu 93 gün 15 saat 52 dəqiqə 40 saniyə təşkil edəcək.

    Tarix : 21-06-2024, 03:35 | Oxunub: 2 264