Tam versiya
Ana səhifə XƏBƏRLƏR Qasırğa 2 nəfərin həyatına son qoydu - DƏHŞƏT
XƏBƏRLƏR

Qasırğa 2 nəfərin həyatına son qoydu - DƏHŞƏT


Moskvada qeydə alınan qasırğa nəticəsində 4-ü uşaq olmaqla 8 nəfər xəstəxanaya yerləşdirilib.

Musavat.com Moskva səhiyyə departamentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iki nəfərin ölümü qeydə alınıb:

“Əlverişsiz hava şəraiti nəticəsində 18 nəfər şəhər xəstəxanalarına yerləşdirilib, onlardan üçünün vəziyyəti ağırdır, həyati təhlükə yoxdur. Xəstəxanaya yerləşdirilənlər arasında 4 uşaq var, onların vəziyyəti kafi qiymətləndirilir”.

Qeyd edək ki, soyuq cəbhənin gətirdiyi güclü yağış cümə axşamı Moskvanı vurub. O, tufan, dolu, bəzən də qasırğa ilə müşayiət olunur. Küləyin sürəti 25 m/s-ə çatır, ağacların aşması və tikililərin zədələnməsi halları qeydə alınıb.

Sinoptiklər belə hava şəraitinin Moskva vaxtı ilə saat 22.00-dək davam edəcəyini bildirirlər.

Paylaş:
Tam mətni oxu →