Tam versiya
Ana səhifə XƏBƏRLƏR Rayonlara intensiv yağış yağıb, çaylardan sel keçib
XƏBƏRLƏR

Rayonlara intensiv yağış yağıb, çaylardan sel keçib


“Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib”.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Asif Verdiyev bildirib.

Onun sözlərinə görə, Yevlax, Qobustan, Qrız, Şahdağ, Şamaxı, Altıağac, Quba, Qusar, Şabran, Xaltan, Gədəbəy, Xınalıqda arabir leysan xarakterli intensiv yağış yağır, şimşək çaxıb.

Qeyd olunub ki, Quba rayonu ərazisindən axan Vəlvələçay, Caqacuqçay, Ağçay və Cimiçaydan sel keçib. Hazırda Şabran rayonu ərazisindən axan Gilgilçaydan sel keçib.

A. Verdiyev qeyri-sabit hava şəraiti və sellə bağlı vətəndaşlara müraciət edib: “Çayların sahilindən uzaqda, təhlükəsiz yerlərdə durmağı, sel hadisəsi zamanı çayların yaxınlığında dayanıb prosesi izləməməyi tövsiyə edirik. Nəzərə almaq lazımdır ki, bu, çox təhlükəlidir. Axının istiqamətinin hər an dəyişə biləcəyi heç kimə məlum deyil. Sel hadisəsi başlayan kimi dərhal həmin ərazi tərk edilməlidir”.

Paylaş:
Tam mətni oxu →