ETSN: çaylarda suyun səviyyəsi izlənilir
Milli Hidrometeorologiya Xidmətinin iyunun 22-si saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində yağan intensiv yağıntılarla əlaqədar İsmayıllı rayonu ərazisindən axan Göyçayda, Girdımançayda, Ağsu rayonu ərazisindən axan Ağsuçayda, Qobustan rayonu ərazisindən axan Pirsaatçayda sululuğun artımı davam edir. Digər çaylarda isə nisbətən azalma müşahidə olunur.