Tam versiya
Ana səhifə XƏBƏRLƏR Etibar İbrahimov: "Abşeron Milli Parkının ərazisində elektrik mühərrikli qayıqlarla dəniz gəzintisi də etmək mümkün olacaq”
XƏBƏRLƏR

Etibar İbrahimov: "Abşeron Milli Parkının ərazisində elektrik mühərrikli qayıqlarla dəniz gəzintisi də etmək mümkün olacaq”


İyunun 22-də Dənizkənarı Milli Parkda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə “Azərbaycanın milli parklarının tanıtımı” adlı tədbir keçirilib.


Abşeron Milli Parkının direktoru Etibar İbrahimov milli parkların xarici turistlər üçün ideal istirahət məkanı ola biləcəyinə diqqət çəkib: “Abşeron Milli Parkı məsafə olaraq Bakıya çox yaxındır. Eyni zamanda, burada bir çox ekoturizm potensiyalı var.


Abşeron Milli Parkı Azərbaycanın və Avropa qitəsinin materikdəki ən ucqar şərq nöqtəsində yerləşir. Müqayisə üçün onu da deyim ki, Avropanın materikdə olan ən ucqar qərb nöqtəsi isə Portuqaliya ərazisində yerləşən Roka burnudur. Ümumiyyətlə, Abşeron Milli Parkı xarici turistlər üçün ideal məkandır. Parkın yerləşdiyi coğrafi ərazi 3 tərəfdən dənizin əhatəsindədir. Hazırda ziyarətçilər üçün parkda paraşüt uçuşları, velosiped və skuterlərlə gəzinti kimi fəaliyyətlər mövcuddur.


Qeyd edim ki, yaxın 15 gün ərzində Abşeron Milli Parkının ərazisində elektrik mühərrikli qayıqlarla dəniz gəzintisi də etmək mümkün olacaq”.

Ekologiya.az

Paylaş:
Tam mətni oxu →