İmişli rayonunun Şahverdili və Xubyarlı kəndləri ərazisindən çınqıl-qum qarışığının qanunsuz götürənlərə protokol tərtib edilib
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı İmişli rayonunun Şahverdili və Xubyarlı kəndləri ərazisindən çınqıl-qum qarışığının qanunsuz götürülməsi faktları aşkar olunub.
Araşdırma zamanı hüquqi sənədləri olmadan Şahverdili kənd sakini Əjdər Əzizov, Bakı şəhər sakini Vasif Rəhimov və “Azqum” MMC tərəfindən ümumilikdə 3023 m3 həcmində çınqıl-qum qarışığının qanunsuz götürüldüyü müəyyən edilib.