Tam versiya
Ana səhifə XƏBƏRLƏR FHN zəlzələylə bağlı açıqlama yaydı – Bu rayonlarda neçə bal gücündə sirkələnmə olub, dağıntı varmı?
XƏBƏRLƏR

FHN zəlzələylə bağlı açıqlama yaydı – Bu rayonlarda neçə bal gücündə sirkələnmə olub, dağıntı varmı?


Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, bu gün yerli vaxtla saat 19:49-da Mingəçevir ərazisində 4.5 maqnituda zəlzələ qeydə alınıb. 
 
Bu barədə Ekologiya.az-a FHN-dən bildirilib.
 
Zəlzələ Mingəçevir , Gəncə, Yevlax və Goranboy ərazilərində 4-3 bala qədər hiss olunub.
 
Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

Paylaş:
Tam mətni oxu →