• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bu mühüm şəhərdə 7,7 bal gücündə zəlzələ olacaq - Dağıntı və böyük təlafatlarla bağlı TƏCİLİ XƏBƏRDARLIQ

    26

    iyn

    Bu mühüm şəhərdə 7,7 bal gücündə zəlzələ olacaq - Dağıntı və böyük təlafatlarla bağlı TƏCİLİ XƏBƏRDARLIQ

    Bina Təftiş və Zəlzələ Mühəndisliyi Dərnəyinin Bursa Şöbəsinin (YDDMD) sədri Serkan İşıq Bursadakı 53 nəfərlik bir qrup ilə təxminən 8 aydır davam edən işlərindən danışıb.

     

    Ekologiya.az xəbər verir ki, sədrin sözlərinə görə, Bursanı 7,7 bal gücündə zəlzələ gözləyir.  Bildirilib ki, hazırda istifadə edilən binalar 1950-ci ilə aid binalardır. Şəhərdə zəlzələ baş verərsə, mərkəzdən keçən yoldan başqa alternativ yoxdur: 

     

    "Hər kəs İstanbuldan danışır, amma İstanbul özünü yeniləyir. Ancaq Bursada istənilən gəlir əldə olunmadığı üçün özəl sektor yeni qəsəbələrə üz tutur. Son seçkilərdən təxminən 3 ay keçib, amma heç kim şəhər infasturkturunun təkmilləşdiriməsindən danışmır. Bu, hər kəsi riskə atmaq deməkdir. Hər kəs bilməlidir ki, Bursa 6,5 ballıq zəlzələyə tab gətirə bilməz”.Sfera.az

    Tarix : 26-06-2024, 20:20 | Oxunub: 2 064