Tam versiya
Ana səhifə XƏBƏRLƏR Kürdə meyiti tapılan şəxs 25 yaşlı Rəhim Babayev imiş - VİDEO
XƏBƏRLƏR

Kürdə meyiti tapılan şəxs 25 yaşlı Rəhim Babayev imiş - VİDEO


Kürdə batan gəncin ölümü ilə bağlı bəzi detallar məlum olub.

Belə ki, 25 yaşlı Rəhim Babayev idmançı imiş.

O, yaxşı üzgüçü olduğundan yaxınları onun batma ehtimalına inanmayıblar.

Hadisə isə Kürün sahilindəki restoranların birinin müşahidə kamerasında görüntülənib.

Qohumu bildirib ki, səhər saatlarında, hava isti olduğu üçün Kürdə üzməyə gedib. Günorta isə evə gələrək həyətlərindəki yonca sahəsini biçib. Ardınca atasından icazə alaraq yenidən Kürə üz tutub.

Qeyd edək ki, bir bacının bir qardaşı olan Rəhim Babayev doğulduğu Neftçala rayonu, Bankə qəsəbəsində dəfn olunub.

Ətraflı Baku TV-nin süjetində:

Paylaş:
Tam mətni oxu →