Tam versiya
Ana səhifə XƏBƏRLƏR Xaçınçay su anbarına balıq körpələri buraxılıb - FOTO
XƏBƏRLƏR

Xaçınçay su anbarına balıq körpələri buraxılıb - FOTO


Xaçınçay su anbarına balıq körpələri buraxılıb.

Ekologiya.az bildirir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində biomüxtəlifliyin qorunması, su hövzələrinin zənginləşdirilməsi, balıq populyasiyasının artırılması məqsədilə Ağdam rayonu ərazisində növbəti balıq buraxılışı keçirilib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyinin və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşlarının iştirakı ilə Ağdam rayonunda yerləşən Xaçınçay su anbarına  200 min çəkikimi balıq körpəsi buraxılıb.



Paylaş:
Tam mətni oxu →