• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Hikmət Hacıyev: Azərbaycan qlobal problemlərin həllində daha fəal rol oynamağa davam edəcək

    28

    iyn

    Hikmət Hacıyev: Azərbaycan qlobal problemlərin həllində daha fəal rol oynamağa davam edəcək

    Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakının bütün dünyanı Cənubi Qafqaza gətirdiyi üçün qlobal problemlərin həllində daha fəal rol oynamağa davam edəcəyini bildirib.

    Ekologiya.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yazıb.

    "COP29-un davamı olaraq Azərbaycan 2026-cı ildə UNEP (BMT-nin Ətraf Mühit Proqramı – red.) ilə birlikdə Ümumdünya Ətraf Mühit Gününə, BMT-nin Məskunlaşma Proqramı ilə Ümumdünya Şəhər Forumuna ev sahibliyi edəcək. Azərbaycan münaqişənin başa çatmasından sonra daha qlobal xarici siyasətə keçdiyi və bütün dünyanı Cənubi Qafqaza gətirdiyi üçün qlobal problemlərin həllində daha fəal rol oynamağa davam edəcək", – o qeyd edib. 

    Screenshot_9.png (310 KB)

    Tarix : 28-06-2024, 09:34 | Oxunub: 2 800