• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Azərbaycan və Albaniya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın tərkibi təsdiqlənib

    28

    iyn

    Azərbaycan və Albaniya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın tərkibi təsdiqlənib

    Azərbaycan Hökuməti ilə Albaniya Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi təsdiq edilib.

    Ekologiya.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

    Sərəncamla Komissiyanın Azərbaycan tərəfindən tərkibi aşağıdakı kimi müəyyənləşib:

    Komissiyanın həmsədri

    Azərbaycan Respublikasının energetika naziri

    Komissiyanın üzvləri:

    Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

    Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

    Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

    Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

    Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

    Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

    Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini

    Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini

    Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini

    Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti

    Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri

    Azərbaycan Respublikasının Albaniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri.

    Sərəncamda qeyd olunub ki, Birgə Hökumətlərarası Komissiya Azərbaycan Respublikası ilə Albaniya Respublikası arasında iqtisadi əməkdaşlıq əlaqələrinin tənzimlənməsi və daha da genişləndirilməsi istiqamətində müvafiq tədbirləri həyata keçirəcək.

    Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Albaniya Respublikası tərəfinə müvafiq bildiriş göndərəcək.

    Tarix : 28-06-2024, 20:55 | Oxunub: 1 680