Tam versiya
Ana səhifə XƏBƏRLƏR Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırıldı
XƏBƏRLƏR

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırıldı


Yasamal rayonu Həsən bəy Zərdabi küçəsi 69 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət  araşdırılıb.
Xidmət rəsmisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı “Bizim Ev” MTK tərəfindən inşa edilən yaşayış binasının qarşısında 3 ağacın kəsildiyi faktı təsdiqini tapıb. Faktla bağlı akt tərtib olunub.
“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır”.

Ekologiya.az

Paylaş:
Tam mətni oxu →