Tam versiya
Ana səhifə XƏBƏRLƏR DETX MƏLUMAT YAYDI
XƏBƏRLƏR

DETX MƏLUMAT YAYDI


Xaçmaz rayonu Xəzərli kəndinin qeyri meşə fondu ərazisində ağacların kəsilməsi ilə bağlı bu ilin iyun ayında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat Xidmətin yerli idarəsinin əməkdaşları tərəfindən araşdırılıb və ağacların kəsildiyi faktı təsdiqini tapıb.


Faktla bağlı akt tərtib olunub. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır.


Qeyd edək ki, bu ilin əvvəllərində də sözügedən ərazidə ağacların kəsildiyi faktı müəyyən edilərək akt tərtib olunmuş və toplanmış materiallar Baş  Prokurorluğa göndərilmişdi.

Ekologiya.az

Paylaş:
Tam mətni oxu →