Bakı-Şamaxı-Yevlax avtomobil yolunda sürüşmə baş verib - VİDEO
Ekologiya.az xəbər verir ki, intensiv yağıntılar nəticəsində M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən 75.2-cü kilometrlik hissəsində (sağ tərəf) sürüşmə baş verib. Nəticədə yolun sağ çiyin hissəsi 150 metr uzunluğunda və torpaq yamacı 40 metr enində olmaqla sıradan çıxıb. Bundan başqa, yolun sol hərəkət istiqamətində torpaq yatağı yamacının hərəkət hissəsinə doğru sürüşdüyü müəyyən edilib. Sürüşən hissənin uzunluğu 240, eni yamac boyunca 50 metr təşkil edir. Yolun hərəkət hissəsinin hər iki istiqamətində çatlar və çökmələr əmələ gəldiyi və hazırda sürüşmə prosesinin inkişaf fazasında olduğu da qeydə alınıb.
Paylaş:
Tam mətni oxu →