Ana səhifə›
XƏBƏRLƏR
›
Bəzi rayonlarda şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA
XƏBƏRLƏR
Bəzi rayonlarda şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA
Ekologiya
AMP
İyulun 4-ü bu saatlara olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir qısamüddətli leysan xarakterli yağış yağıb.Bu barədə Ekologiya.az-a Milli Hidremeteorologiya İdarəsindən məlumat verilib.Qeyd olunub ki, düşən yağıntının miqdarı Əlibəydə(Zaqatala) 12 mm, Şahdağda 10 mm, Ordubad, İsmayıllı, Şahbuz, Culfa, Balakən, Zaqatala, Şəki, Şamaxı, Quba, Qusar, Xaçmaz, Xaltan, Şabran, Astarada 5 mm-dək olub. İyulun 3-də qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq Naxçıvanda 16 m/s-dək güclənib.Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da 31, Aran rayonlarında 34, dağlıq rayonlarda 20-25 dərəcəyə isti olub