Tam versiya
Ana səhifə XƏBƏRLƏR Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları ağacların qanunsuz kəsildiyi faktı aşkarladı
XƏBƏRLƏR

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları ağacların qanunsuz kəsildiyi faktı aşkarladı


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri və Abşeron rayonu inzibati ərazisində ağacların qanunsuz kəsildiyi aşkar ounub.


Ekologiya.az-ın xəbərinə görə, araşdırma zamanı Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov və Həsən Əliyev küçələrinin kəsişməsində “Sevinc-E” MMC, Nərimanov rayonu Xəlil Rza Ulutürk küçəsi 2005-ci məhəllə ünvanında “Marbel Construction” MMC, Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospektində “SAS 2015” MTK və  Misir parkının qarşısındakı ərazidə vətəndaş Abbas Yusifov tərəfindən ağacların qanunsuz kəsildiyi müəyyən edilib.
Faktla bağlı akt tərtib olunub və yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.


Paylaş:
Tam mətni oxu →