Tam versiya
Ana səhifə XƏBƏRLƏR Dəhşətli meşə yanğını - 10 helikopter, 8 təyyarə, 16 su tankeri, 271 şəxsi heyət yanğının söndürülməsinə cəlb edildi
XƏBƏRLƏR

Dəhşətli meşə yanğını - 10 helikopter, 8 təyyarə, 16 su tankeri, 271 şəxsi heyət yanğının söndürülməsinə cəlb edildi


Türkiyənin Muğla şəhərinin Bodrum rayonunda meşə yanır.

"Report" xəbər verir ki, bu barədə "TRTHaber" məlumat yayıb.

Bildirilib ki, 10 helikopter, 8 təyyarə, 16 su tankeri, 5 dozer, 271 şəxsi heyət yanğının söndürülməsi işinə cəlb olunub.

Bələdiyyə sədri Tamer Mandalinci yanğının baş verdiyi ərazinin sıldırımlı olması səbəbindən qurudan müdaxilənin çətin olduğunu deyib.

"Bölgə dağlıq olduğu və küləyin istiqaməti tez-tez dəyişdiyi üçün yanğın nəzarətdən çıxıb böyüməyə meyllidir. Biz yanğının qarşısını almaq üçün aktiv şəkildə işləməyə davam edirik", - o bildirib.

Paylaş:
Tam mətni oxu →