Tam versiya
Ana səhifə XƏBƏRLƏR Xəbərdarlıq: Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcək
XƏBƏRLƏR

Xəbərdarlıq: Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcək


İyulun 11-13-də bəzi dağlıq və dağətəyi rayonlarda əsasən gündüz saatlarında arabir yağış yağacağı gözlənilir.


 Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Şərq küləyinin sürəti saniyədə 15-18 metr olacaq, bəzi yerlərdə arabir 20-23 metrədək güclənəcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Ekologiya.az-a verilən məlumata görə, çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi bildirilir.

Paylaş:
Tam mətni oxu →