Tam versiya
Ana səhifə XƏBƏRLƏR Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə ağac kəsimi ilə bağlı şikayət yerində araşdırılıb
XƏBƏRLƏR

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə ağac kəsimi ilə bağlı şikayət yerində araşdırılıb


Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, İran Klinikasının yaxınlığında ağac kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb. 
Xidmət rəsmisi Dünya Əhmədova bildirib ki, araşdırma zamanı sözügedən ünvanda quru söyüd ağacının Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin mütəxəssisləri tərəfindən kəsildiyi müəyyən edilib. 
“Qeyd edək ki, Bakı şəhəri ərazisində quru və qəzalı vəziyyətdə olan ağacların götürülməsi işləri Dövlət Ekoloji Ekspertiza Agentliyinin verdiyi müvafiq rəy əsasında Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən həyata keçirilir və bu işlər növbəti günlərdə də davam edəcək”.
Paylaş:
Tam mətni oxu →