Tam versiya
Ana səhifə XƏBƏRLƏR DİN: Ötən gün 7 tüfəng təhvil götürülüb
XƏBƏRLƏR

DİN: Ötən gün 7 tüfəng təhvil götürülüb


Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər.


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Ekologiya.az-a verilən məlumata görə, iyulun 11-də polis əməkdaşları paytaxt və respublikanın rayonlarında 7 tüfəng və 33 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.


Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 1 patron darağı və 4 ədəd patron aşkarlanaraq götürülüb.Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam edir.

Paylaş:
Tam mətni oxu →