Tam versiya
Ana səhifə XƏBƏRLƏR FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla, 7 nəfər xilas edilib
XƏBƏRLƏR

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla, 7 nəfər xilas edilib


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 82 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.


Ekologiya.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ söndürülüb, insanların həyatı xilas olunub. Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla, 7 nəfər xilas edilib.

Paylaş:
Tam mətni oxu →